Dövlət Neft Fondu 01 Avqust 2023-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlanıb.
Fondun yaydığı məlumata görə, 01.01.2023-01.08.2023 dövründə AÇG yatağından 4 milyard 158 milyon ABŞ dolları gəlir əldə edilib.
Şahdəniz yatağından (qaz və kondensat) gəlir isə 1 milyard 141 miylon ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 259 milyon 553 min ABŞ dolları təşkil edib.
Fondun 2023-cü ilin 7 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə cəmi gəlirləri 5 milyard 299 milyon dollar təşkil edib.




































