Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Rusiyanın quşçuluq şirkətinə qadağanı aradan qaldırdı

Baxış: 199


Azərbaycan Rusiyanın quşçuluq şirkətinə qadağanı aradan qaldırdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Sahibkartv.az xəbər verir ki, Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla  bağlı qoyulan müvəqqəti qadağa aradan qaldırılıb.
Belə ki, Agentliyin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) göndərilmiş müvafiq bildirişi əsasında, həmin qurum tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb.
Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri, o cümlədən epizooloji monitorinqlər ilə bağlı AQTA-ya ətraflı məlumatlar verilib. Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, o cümlədən qarşılıqlı olaraq iki ölkə arasında idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, həmçinin “Rosselxoznadzor” ilə sıx əməkdaşlıq əlaqələrini nəzərə alaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti qadağa aradan qaldırılıb. AQTA-nın qərarı ilə əlaqədar “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.
Qeud edək ki, “Bryanskiy Broyler” MMC Rusiyanın "Miratorq" holdinq şirkətinə məxsusdur. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.