Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan 7 ayda Cənub-Şərqi Anadoludan 45 milyon dollarlıq mal idxal edib

Baxış: 235


Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 45,218 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Sahibkartv.az” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə 6 473,97 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 6 % azdır.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 530,344 milyon ABŞ dolları; 7 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 008,345 milyon ABŞ dolları; 15 % az) və Amerika qitəsi ölkələri (967,443 milyon ABŞ dolları; 18 % çox) izləyib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.