Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Neft Fondu hərraclarda dollar satışının 3,5 dəfə artdığını açıqladı

Baxış: 177



Dövlət Neft Fondu hərraclarda dollar satışının 3,5 dəfə artdığını açıqladı 


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin iyul ayı ərzində 272,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin iyun ayı ərzində 78,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.Beləliklə, iyun ayı ilə müqayisədə iyul ayında Fondun valyuta satışı təxminən 3,5 dəfə artıb.
Həmçinin, Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 383,9 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində 286 milyon ABŞ dolları,may ayı ərzində 277,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Yanva-iyul dövründə (7 ayda) Fond tərəfindən 1 milyard 843,8 milyon dollar vəsait satılıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.