Bu ilin birinci yarısının sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yatağının “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, ilin ilk altı ayı ərzində ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanıb. ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib.
Aprel ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olub.
Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatıb. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.
Belə təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olunurdu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.
Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırılıb və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün. Mayın 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlanıb.
İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və hazırda bu qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətdədir.
İlin birinci yarısında həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmış və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini bitirib.
“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatıb
İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
14:22 / 23-04-2025
Balıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb
14:17 / 23-04-2025
Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
13:29 / 23-04-2025
AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
13:18 / 23-04-2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
13:09 / 23-04-2025
Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
10:55 / 23-04-2025
Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
10:51 / 23-04-2025
Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
10:46 / 23-04-2025
Kartof-soğan niyə ucuzlaşmır?
10:39 / 23-04-2025
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
10:35 / 23-04-2025
Bank kartlarından daha 21 min pul oğurlandı
10:32 / 23-04-2025
Beş cüdoçumuz AÇ-də mübarizəyə başlayır
10:15 / 23-04-2025
Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? - Fotolar
10:12 / 23-04-2025
Lerik dağlarında ƏMƏLİYYAT: iranlıya görə 3 nəfər saxlanıldı
10:00 / 23-04-2025
Prezident Çində belə qarşılandı - Video
09:34 / 23-04-2025
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
09:28 / 23-04-2025
FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
09:17 / 23-04-2025
İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
09:13 / 23-04-2025
Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
09:12 / 23-04-2025
Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
09:00 / 23-04-2025
"ClassMirror: Müəllimlərin Performansını Real Vaxtda Ölçən AI Güzgü"
21:19 / 22-04-2025
"Rəqəmsal Mentor: Tələbələrə Peşə Seçimində Emosional Uyğunluğu Təhlil Edir"
19:49 / 22-04-2025
Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
19:46 / 22-04-2025
BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb”

Bölməyə aid digər xəbərlər

Tarix: 3-08-2023, 13:53 Oxunub: 136
Bölməyə aid digər xəbərlər
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
10-04-2023, 13:07
"Azəri Mərkəzi Şərqi" layihəsinə 3 milyard dollara yaxın pul ayrılıb
28-03-2023, 14:27
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku suya buraxılıb
16-03-2023, 11:46
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
18-01-2023, 15:06
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku ASCO-nun “STB-1” barjına yüklənib
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
19-09-2022, 19:00
Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
20-09-2021, 12:46
Azəri-Çıraq-Günəşlidən 4 milyardıncı barel neft hasil edilib
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
6-08-2021, 12:54
6 milyard dollarlıq layihə: “Azəri-Mərkəzi Şərqi” ilə bağlı bir sıra işlərə yekun vurulub - FOTO
16-05-2021, 09:07
"Fitch" Azərbaycanın reytinq üzrə proqnozunu yüksəltdi
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO