Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlak 26 milyon manata hərraca çıxarılır


Azərbaycanda xüsusi müsadirə edilmiş əmlak 26 milyon manata hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sentyabrın 1-də, saat 11:00-da keçirəcəyi növbəti hərracda xüsusi müsadirə edilmiş əmlak kompleksi (avadanlıqları ilə birlikdə) satışa çıxarılacaq.
Bu barədə "Sahibkartv.az"a Dövlət Xidmətindən bildirilib.
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1 ünvanında yerləşən əmlakın start qiyməti 25 milyon 890 min manat olacaq.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

Tarix: 2-08-2023, 15:56 Oxunub: 83


Bölməyə aid digər xəbərlər