Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan hökuməti bu il inflyasiyanın daha yüksək olacağını gözləyir

Baxış: 204



Azərbaycan hökuməti bu il inflyasiyanın daha yüksək olacağını gözləyir 


Azərbaycan hökuməti 2023-cü ildə orta illik inflyasiyanın daha yüksək olacağını gözləyir. 
Sahibkartv.az Maliyyə Nazirliyinin açıqladığı "Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" adlı sənədə istinadən xəbər verir ki, 2023-cü ildə orta illik inflyasiya 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır:

"Eyni zamanda, 2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur",- Sənəddə deyilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının iyul ayı proqnozlarına görə, Azərbaycanda 2023-cü ilin sonunda illik inflyasiyanın 6-7 faiz civarında olacağı gözlənilir. Bunu, bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirmişdi. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.