Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə Nazirliyi yerli investorlardan 75 milyon manat da cəlb etdi

Baxış: 297


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
Maliyyə Nazirliyi yerli investorlardan 75 milyon manat da cəlb etdi 


1 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030069 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 92.1857 (8.5233%) manat və 94.4752 (5.8801%) manat olan 23 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.5088 (6.98%) manat, orta ölçülmüş qiyməti isə 93.9258 (6.5026%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 143 milyon 487 min 200 manat, yerləşdirilmiş həcmi isə 75 miylon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 30.07.2024-cü ildir.
Hərrac iştirakçıları 2 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.