2023-cü ilin İyul ayında Azərbaycanda pul bazası 139,1 milyon manat azalılb.
Sahibkartv.az Mərkəzi Banka istinadən xəbər ki, 31.07.2023-cü il tarixində pul bazası 18 milyard 262.6 milyon manata düşüb.
25.06.2023-cü il tarixində pul bazası 18 milyard 401.7 milyon manat təşkil etmişdi.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
31.07.2023 18262.6
25.06.2023 18401.7
31.05.2023 17350.5
28.04.2023 17609.9
31.03.2023 17688.9
28.02.2023 17248.7
31.01.2023 16884.9
30.12.2022 17460.3




































