Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nüfuzlu qurumların neftin qiymətilə bağlı proqnozları 75-80 dollar civarındadır

Baxış: 180



Nüfuzlu qurumların neftin qiymətilə bağlı proqnozları 75-80 dollar civarındadır 


"Beynəlxalq maliyyə institutları və agentlikləri tərəfindən 2023-cü ildə Brent markalı xam neftin bir barrelinin orta illik satış qiymətinin 75-80  ABŞ dolları civarında olacağı proqnozlaşdırılır",
Sahibkartv.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin açıqladığı "Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" adlı sənəddə bildirilir. 
Sənəddə bildirilir ki, qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı gözləntiləri nəzərə alınaraq, 2023-cü ilin dövlət büdcəsinin proqnozlaşdırılması zamanı büdcə hesablamaları üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilmiş xam neftin bir barrelinin orta illik ixrac qiyməti artırılaraq 60 ABŞ dolları səviyyəsində götürülmüşdür.
Qeyd edək ki, hazırda Azərbaycan neftinin qiyməti 89 dollar civarındadır.
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.