Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Pirallahı Sənaye Parkına 30 milyon investisiyanın yatırılması nəzərdə tutulur"

Baxış: 348
"Pirallahı Sənaye Parkına 30 milyon investisiyanın yatırılması nəzərdə tutulur"
Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. 
Sahibkartv.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, sənaye parkında investisiya kapitalı 66 milyon manatdan artıq 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb:
"Buraya 36 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib. Mövcud layihələr üzrə 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.