Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AXA: "Azərbaycanda toxumların vaxtında sertifikatlaşdırılması istiqamətində tədbirlər görülür

Baxış: 231


AXA: Azərbaycanda toxumların vaxtında sertifikatlaşdırılması istiqamətində tədbirlər görülür
Azərbaycanda fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və sertifikatlı toxumdan istifadənin vacibliyi müzakirə olunub.
Sahibkartv.az A. Əzimov kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması əsas prioritet vəzifələrdən olduğunu nəzərə çatdırıb. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başlandığını deyən AXA-nın sədr müavini bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib ki, regionlarda toxumçuluğun elmi əsaslarla inkişafı daimi diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir.
Görüşdə fermerlərin toxumların vaxtında sertifikatlaşdırılma prosesini həyata keçirmək, eləcə də məlumatların vaxtında EKTİS-ə daxil edilməsinin vacıbliyi nəzərə çatdırılıb. Həmçinin, toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.