Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 14 % artıb

Baxış: 304


Bu ilin I yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 153 872 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.
Bu barədə “Sahibkartv.az”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 6 ay ərzində daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub, halbuki, 2021-ci ildə bu rəqəm 2 400 idi.
Son 1 ildə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8 faiz bəndi artıb. 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. Belə ki, Azərbaycan daşıyıcılarının həyata keçirdiyi 3-cü ölkə daşımaları 2 dəfə artıb. 2023-cü ilin yanvar-iyun aylarında 25 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 592 ədəd artıq olub. Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 498 ədəd və yaxud 85,8 % artaraq 113 675 ədədə çatıb.
Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.