Day, Month 00, Year
00: 00: 00 AM
Türkiyənin ixracı azalıb

Türkiyənin ixracı azalıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı xarici ticarət məlumatlarını açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, 2023-cü ilin iyun ayında Türkiyənin ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,5 azalaraq 20 milyard 904 milyon dollara geriləyib. İdxal isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollar olub.

2023-cü ilin yanvar-iyun dövründə isə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 123 milyard 341 milyon dollar, idxal isə 4,1 faiz artaraq 184 milyard 576 milyon dollar təşkil edib.
İyun ayında xarici ticarət kəsiri 37,3% azalıb
İyun ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 37,3% azalaraq 8 milyard 236 milyon dollardan 5 milyard 160 milyon dollara geriləyib. 2022-ci ilin iyun ayında ixracın idxala nisbəti 73,9 faiz olduğu halda, 2023-cü ilin iyun ayında 80,2 faizə yüksəlib.
Yanvar-iyun dövründə xarici ticarət kəsiri 18,7 faiz artıb
Yanvar-iyun dövründə xarici ticarət kəsiri 18,7 faiz artaraq 51 milyard 577 milyon dollardan 61 milyard 235 milyon dollara yüksəlib. 2022-ci ilin yanvar-iyun dövründə ixracın idxala nisbəti 70,9 faiz olduğu halda, 2023-cü ilin eyni dövründə 66,8 faizə enib.


Tarix: 28-07-2023, 11:11 Oxunub: 139


Bölməyə aid digər xəbərlər