Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Horadiz–Zəngilan avtomobil yolu əsaslı təmir olunur

Baxış: 180


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmirinə başlayıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun (km 173+600 - km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir.
III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir.
Layihə üzrə əsaslı təmir işləri 173.6-189, 189-205, 205-220 və 220-235-ci km-lər daxil olmaqla 4 hissədə aparılır.
Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.
Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.