Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 9 % azalıb

Baxış: 213

Bu ilin yanvar-iyun aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 999,9 milyon manatlıq əməliyyat aparıb.

“Sahibkartv.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Sənədə əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 % azdır.
Təkcə bu ilin iyun ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 148,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 27 % azdır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.