Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri 5 % azalıb

Baxış: 287


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2021-ci ili 648 min manat zərərlə başa vurub.
“Sahibkartv.az” Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 5,3 % azdır.
Bununla belə, qurumun yığılmış zərəri 3,4 dəfə artaraq 975 min manata çatıb.
2021-ci ildə İİTKM-nın əməliyyat gəlirləri 601 min manat (2020-ci ilə nisbətən 25,2 % çox), qeyri-əməliyyat gəliri 33 min manat (57,1 % çox), ümumi və inzibati xərcləri 907 min manat (16,6 % çox), torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya xərcləri isə 376 min manat (7,6 % az) təşkil edib.
2022-ci il yanvarın 1-nə İİTKM-nın aktivləri 5,858 milyon manat olub ki, bu da illik müqayisədə 10,3 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 2,4 dəfə azalaraq 19 min manata, balans kapitalı isə 10 % azalaraq 5,839 milyon manata düşüb.
Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğ etməklə məşğuldur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.