Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan Rusiyaya göndərilmiş 61 ton bitki məhsulu sərhəddə saxlanılıb

Baxış: 267


Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracının qarşısı alınıb.
"Sahibkartv.az" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, "Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması halları aşkarlayıb.
Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.
Yoxlamalar zamanı fitosanitar sertifikatlara düzəlişlər edildiyi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlmədiyi müəyyən edilib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.