Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“AirPod”lar sahibinin beyin fəaliyyətini izləyə biləcək

Baxış: 267


“Apple” istifadəçinin beyninin biosiqnallarını və elektrik fəaliyyətini izləyə biləcək “AirPods” simsiz qulaqlıqlarını patentləşdirib.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə ABŞ-nin Patent və ticarət nişanları bürosunun saytında məlumat verilib.
Sənəddə göstərilir ki, son nəsil “AirPods” qulaqlıqlarındakı yeni xüsusiyyətlər aksesuarın gövdəsində və uclarında yerləşdirilmiş xüsusi elektrodlar sayəsində çalışacaq. Bunlar istifadəçinin beyninin biosiqnallarını və elektrik fəaliyyətini ölçməyə imkan verəcək.
Tətbiqdəki biosiqnal əsaslı tədqiqatlar arasında elektroensefaloqrafiya (EEQ), elektromiyoqrafiya (EME), elektrookuloqrafiya (EOQ) və elektrokardioqram (EKQ) var. Bu tədqiqat metodları müxtəlif beyin, görmə və ürək xəstəliklərini aşkar etmək üçün istifadə olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.