Day, Month 00, Year
00: 00: 00 AM

Banklar son 4 valyuta hərracında 152,5 milyon dollar alıblar.


Bankların dollara tələbi daha da artıb - VALYUTA HƏRRACININ NƏTİCƏSİ 


25 İyul 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Sahibkartv.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 59,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.  
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
20 İyul 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 41,5 milyon ABŞ dolları təşkil etmişdi.
18 İyul 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 32,1 milyon ABŞ dolları təşkil etmişdi.
13 İyul 2023-cü il tarixində isə hərracda tələb 19,3 milyon ABŞ dolları təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 52 valyuta hərracında banklara cəmi 1 milyard 831,3 milyon dollar satılıb. 
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər. 

Tarix: 25-07-2023, 12:00 Oxunub: 74


Bölməyə aid digər xəbərlər