Azərbaycan Mərkəzi Bankı istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, 30.06.2023-cü il tarixinə, milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 25%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 24%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 21%, avtomobil kreditləri üzrə 12% və digər istehlak kreditləri üzrə 19% təşkil edib.Ötən ilin sonunda, milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 23%, avtomobil kreditləri üzrə 15% və digər istehlak kreditləri üzrə 19% təşkil etmişdi.






































