Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın sənaye zonalarındakı rezidentlərin 52 %-i istehsala başlayıb

Baxış: 243


Azərbaycanın sənaye zonalarındakı rezidentlərin 52 %-i istehsala başlayıb
İndiyə qədər Azərbaycandakı sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan68-i və yaxud 51,9 %-i istehsal fəaliyyətinə başlayıb.
"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, artıq sənaye zonalarına 6,56 milyard manat investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 0,616 milyard manat investisiyanın yatırılması və 4 800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.