Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Quş əti və yumurta istehsalçıları hökumətə müraciət etdi - "SATIŞIMIZ MƏHDUDLAŞIB, MƏHSULLARI DƏYƏRİNDƏN AŞAĞI SATIRIQ"

"Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm bir həlqəni təşkil edir. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, Azərbaycanda ərzaq təhlükəsizliynin təmin olunması üçün yerli istehsalın inkişaf etdirilməsi siyasəti uğurla həyata keçirilməkdədir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan quşçuluq təsərrüfatları süfrə yumurtası ilə ölkəni 130-140 faiz, quş əti ilə 100 faizə yaxın, damazlıq yumurta ilə yüz faiz təmin etmək gücündədir".
Sahibkartv.az xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, son aylarda yerlu quşçuluq təsərrüfatlarına ciddi problem yaradan bir neçə fakt qeydə alınmaqdadır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent əlavə rüsum təyin olunduqdan sonra bir sıra ölkələrdəki istehsalçılar ikili sxemlə ölkəmizə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar. Bu prosesdə Türkiyənin “Hastavuk” şirkəti xüsusilə fərqlənir. Belə ki, bu şirkət MDB üzvü olan Gürcüstanda fabrik quraraq, Türkiyədəki müəssisələrindən damazlıq yumurtadan orada cücə əldə edir və onu külli miqdarda olmaqla Azərbaycana idxal edir.
Məlumdur ki, idxala əlavə rüsumlar MDB üzvü olan ölkələrdən idxala şamil olunmur. “Hastavuk” şirkəti bu amildən istifadə edərək, Azərbaycana külli miqdarda birgünlük cücəni Gürcüstan məhsulu kimi ucuz qiymətə idxal edir. Eyni zamanda Türkiyənin özündən birgünlük cücələr real qiymətindən daha ucuz dəyərlə ölkəmizə gətirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 6 ayında 5 milyon 752,31 min dollarlıq 9 milyon 964 min 657 ədəd çəkisi 185 qramdan çox olmayan diri ev toyuqları idxal olunub. Bunun 278 min 844 ədədi Rusiyadan, 4 milyon 797 243 ədədi Gürcüstandan, 14 min 80 ədədi İspaniyadan, 4 milyon 874 min 490 ədədi Türkiyədən idxal olunub. Türkiyədən idxalda cücənin biri 33 sentə, Gürcüstandan idxal olunanlar isə 52 sentə reallaşıb.
Bundan əlavə, ölkəyə inkubasiya üçün mayalandırılmış yumurta idxalı da kütləvi hal almağa başlayır. Bu ilin 5 ayında belə idxal 8 milyon 468,12 min dollar dəyərlə 10 milyon 732,92 min ədəd təşkil edib. Bunun 5 milyon 702,28 min ədədi Türkiyədən, 2 milyon 508,84 min ədədi Belarusdan, 1 milyon 728 min ədədi Rusiyadan, 793,8 min ədədi Gürcüstandan gətirilib.
Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan daha bir hal xaricdən böyük həcmdə quş əti idxalıdır. 2022-ci ildə ölkəmizə 34 min 750,54 ton, bu ilin 5 ayında isə 13 min 199,99 ton belə ət idxal edilib. Kiloqramı 2.3 manata reallaşan bu idxal yerli təsərrüfatların məhsullarının satışını məhdudlaşdırır, inkişaf üçün investisiya yatırımlarının qarşısını alır.
Bu idxallar bazarda haqsız rəqabət mühiti formalaşdrımaqla yerli damazlıq yumurta istehsalçılarına böyük zərbə vurur. Hazırda yerli istehsalçılar Gürcüstandan və Türkiyədən külli miqdarda idxaldan yaranan rəqabətə davam gətirmək üçün öz məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif etməyə məcburdurlar. Bu isə uzun müddət davam edə bilməz və sonunda yerli istehsalçıların müflis olmasına gətirib çıxaracaq bir haldır.
Yuxarıda da qeyd etdik ki, yerli quşçuluq müəssisələrinin daxili bazarı süfrə yumurtası ilə artıqlaması ilə təmin etmək imkanı var. Onlar hətta xarici ölkələrə ixraca da başlayıblar. Lakin əksər xarici ölkələrdə yerli istehsalı qorumaq üçün süfrə yumurtası idxalına müxtəlif hüquqi baryerlər yaradıldığına görə bizim istehsalçıların xaricə yumurta ixracı çox çətinliklə başa gəlir, bir çox hallarda proses yarımçıq saxlanılır. Məsələn, Gürcüstana yumurta idxal etmək istəyən Azərbaycan istehsalçısından 16 adda sənəd tələb olunur. Onların arasında hətta istehsal prosesində iştirak edən personalın tibbi müayinə nəticələri də var.
Azərbaycanda da dövlətimiz MDB-dən kənar ölkələr üçün süfrə yumurtası idxalına əlavə rüsum tətbiq edib. Lakin son aylarda ölkəmizə MDB üzvü olan Belarusdan külli miqdarda süfrə yumurtası idxal olunmağa başlayıb. Bu yumurtaların üzərinə Azərbaycan qanunvericiliyinin tələbinə zidd olaraq istehsalçı şirkət, istehsal tarixini əks etdirən möhür vurulmur.
Yerli istehsalçılar bir yumurtanı möhürsüz satışa çıxardıqda külli miqdarda cərimə olunurlar. Lakin Belarusdan gətirilən yumurtalarla bağlı bu tələb gözlənilmir, buna görə heç kim cəzalandırılmır.
Bütün bu qeyd olunanları Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq cənab Baş nazirin, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinin diqqətinə çatdıraraq, yerli istehsalçıların qorunması istiqamətində addımlar atılmasını xahiş etmişik. Bu addımlar kəsim məqsədli birgünlük cücə idxalının da əlavə rüsuma cəlb edilməsi, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınması, həmçinin toyuq əti və süfrə yumurtası idxalı üçün tələb edilən sənədlərin ən azı Gürcüstanla eyni saya çatdırılması və sair ola bilər.
Ümid edirik ki, dövlətimiz yenə istehsalçıların yanında olacaq, onları haqsız rəqabət şərtlərindən müdafiə etmək üçün zəriri olanı edəcək.
Bölməyə aid digər xəbərlər
"Xaricdən 2,3 manata quş əti gətirilir, yerli şirkətlərin satışı məhdudlaşır"

Tarix: 21-07-2023, 18:59 Oxunub: 156
Bölməyə aid digər xəbərlər
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
26-12-2022, 17:56
Azərbaycana toyuq ətinin idxalına tətbiq edilən qadağa qiymətlərə necə təsir edəcək?
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
24-05-2022, 18:20
Milli Məclisin plenar iclasının gündəliyi açıqlanıb
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
12-05-2022, 12:55
"Qiyməti 50 sent olan 1 günlük cücələrin Azərbaycana idxalını 25 sentə rəsmiləşdirirlər"
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
5-07-2021, 13:53
Milli Məclisin təxirə düşmüş iclasının vaxtı və gündəliyi açıqlandı
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO