"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, artıq sənaye zonalarına 6,56 milyard manat investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 0,616 milyard manat investisiyanın yatırılması və 4 800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
