"ClassMirror: Müəllimlərin Performansını Real Vaxtda Ölçən AI Güzgü"
21:19 / 22-04-2025
"Rəqəmsal Mentor: Tələbələrə Peşə Seçimində Emosional Uyğunluğu Təhlil Edir"
19:49 / 22-04-2025
Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
19:46 / 22-04-2025
"CodeTutor AI: Proqramlaşdırma Öyrənənlər üçün Şəxsi Virtual Müəllim"
18:52 / 22-04-2025
"Rəqəmsal Portret: Sahibkarın Liderlik Tərzini Analiz Edən AI Sistemi"
18:30 / 22-04-2025
"GreenBiz AI: Ekoloji Davranışlara Uyğun Biznes Strategiyaları Təklif Edir"
18:20 / 22-04-2025
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
17:56 / 22-04-2025
"EduMatch: Tələbə ilə Müəllimi Emosional Uyğunluğa Görə Birləşdirən Sistem"
17:47 / 22-04-2025
"MarketPredict AI: Sahibkarlar üçün Sektorlar üzrə Gələcək Trend Analizi"
17:30 / 22-04-2025
"AI Auditor: Mühasibatlıq Sənədlərini Avtomatik Yoxlayan Texnologiya"
17:17 / 22-04-2025
"LearnFlow: AI ilə Tədris Proqramlarının İntellektual İzlənməsi"
16:39 / 22-04-2025
"AI JobCraft: İş Elanlarını Namizədin Profilinə Uyğun Yenidən Dizayn Edir"
16:23 / 22-04-2025
Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
16:00 / 22-04-2025
Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
15:30 / 22-04-2025
Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
14:35 / 22-04-2025
Sabah 29° isti olacaq
14:22 / 22-04-2025
Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
13:16 / 22-04-2025
Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
13:13 / 22-04-2025
Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
13:08 / 22-04-2025
Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
12:21 / 22-04-2025
Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
11:58 / 22-04-2025
"Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq"

May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.
Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb. İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub: "Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə dəfə müxtəlif formada zərərə məruz qalıb – sahəyə dolu düşüb, güclü külək-fırtına olub və sair".
Ümumilikdə sığortalanan əkin sahələrinin 125-130 min hektarı müxtəlif dərəcədə zərərə məruz qalıb: "Sığortalanan ərazilərin 125–130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb".
Fond sədri qeyd edib ki, hazırda əkin sahələrinə dəyən zərər qiymətləndirilir, sığorta hadisələrinin araşdırılmasına və zərərin hesablanmasına yerli və Türkiyədən gəlmiş ekspertlər də cəlb olunub, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq.
"Qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonlarında zərər ödənişlərinin ödənilməsinə başlanılacaqdır. Fermerlərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaqdır. Bu əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq".
Fondun rəhbəri bildirib ki, güclü yağış, dolu, sel və daşqınlar aqrar sığortaya marağı və tələbatı kəskin artırıb: "Müraciətlər artıb, təəssüflər olsun ki, bizimlə sığorta müqaviləsi bağlamaq istəməyən təsərrüfatlar zərərlə üzləşəndən sonra bizə müraciət edirlər. Lakin artıq baş vermiş hadisədən sonra sığorta müqaviləsi bağlamaq mümkün deyil. Həmin təsərrüfatlar və əkin sahələri növbəti il sığortalanacaq".
Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha sübut edib.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-07-2023, 10:07 Oxunub: 176
Bölməyə aid digər xəbərlər
18-07-2023, 14:01
ASF: "Bu il əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 minə yaxın müraciət daxil olub"
3-07-2023, 10:34
Zərər çəkən təsərrüfatlara kompensasiya veriləcək - AQRAR SIĞORTA FONDUNDAN MÜRACİƏT
12-05-2023, 17:02
Aqrar Sığorta Fonduna qeyri-sabit hava şəraitinə görə müraciətlərin sayı 200-ə yaxınlaşıb
27-03-2023, 13:23
ƏSF rəsmisi: "Bu günədək bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib"
4-08-2022, 14:54
Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi yekunlaşmaq üzrədir - FOTO
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
14-03-2022, 09:38
Azərbaycanda taxıl sahələrini qasırğa vurdu – BÖYÜK ZƏRƏR
4-03-2022, 17:20
Korlanan meyvənin ucuzlaşmasına görə sığorta ödənişi ediləcək – Azərbaycanda ilk dəfə
14-02-2022, 14:38
Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini açıqladı
1-10-2021, 13:26
Qanuna dəyişiklik qüvvəyə mindi: YENİ RÜSUMLAR
28-09-2021, 17:00
Bakı yağış imtahanından kəsildi: Qurumların məsuliyyətsizliyi, yoxsa özbaşınalığı? - VİDEO
24-09-2021, 23:28
Azərbaycanda əkin sahəsinin sığortası üzrə - İLK ÖDƏNİŞ HƏYATA KEÇİRİLİB
18-07-2021, 02:31
Əkin sahələrində yanğınlarla bağlı sığorta ödənişləri ediləcək - MÜRACİƏTLƏR BAŞLAYIB
9-07-2021, 09:19
"150-200 manat ödənildiyi halda, fermer 5000 manatdan artıq vəsait əldə edib" - MÜSAHİBƏ
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
13-12-2020, 11:49
Aqrar Sığorta Fondu əkin sahəsi və məhsulları necə sığortalayacaq?