Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollarda artım tendesiyası davam edə bilər - GÜNƏ BAXIŞ

Baxış: 282



Dollarda artım tendesiyası davam edə bilər - GÜNƏ BAXIŞ 


Dünən İngiltərədə proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra funt-sterlinq dollar qarşısında kəskin ucuzlaşdı. Avrozonada isə manşet inflyasiya ehtimal edildiyi kimi azalsa da, baza inflyasiya proqnozların üzərində dərc olundu. Bu səbəbdən də EUR/USD məzənnəsində enişlər məhdud qaldı.
Qeyd edək ki, bu gün Amerikada Filadelfiya FED-dən biznes aktivliyi və məşğulluq səviyyəsi, həmçinin mənzil bazarlarına dair statistik rəqəmlər, eləcə də Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Avrozonada və İngiltərədə azalan inflyasiya göstəriciləri fonunda dollar indeksi 100 bənd səvyyəsini qıraraq günü bu səviyyənin üzərində tamamladı. “Buğalar” DXY-da qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.