Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə veriləcək

Baxış: 181


Azərbaycanda qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə veriləcək
Azərbaycanda qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə veriləcək.
"Sahibkartv.az" xəbər verir ki, bu, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanına dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Yer təkinin istifadəyə kverilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
Qapalı müsabiqə aşağıdakı hallarda keçirilir:
- istifadəyə verilən yer təki sahəsinə dair geoloji informasiya məxfi hesab edildikdə;
- radioaktiv xammalın çıxarılması məqsədilə yer təki istifadəyə verildikdə;
- konversiya proqramını həyata keçirən müdafiə müəssisələri iştirakçı qismində çıxış etdikdə.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.