Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASF: "Bu il əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 minə yaxın müraciət daxil olub"

Baxış: 205



Bu ilin əvvəlindən Aqrar Sığorta Fonduna (ASF) əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 minə yaxın müraciət daxil olub.
Bu barədə "Sahibkartv.az"a açıqlamasında Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
Onun sözlərinə görə, bu il ərzində 400 min hektara yaxın əkin ərazisi sığortalanıb:
"Artıq bu ərazilərin 125–130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb. Hətta elə fermerlərimiz var ki, əkin sahəsi mövsüm ərzində müxtəlif cür zərər görüb - bir dəfə dolu düşüb, bir dəfə güclü külək-fırtına olub və digər hallar baş verib. Hal-hazırda qiymətləndirmə prosesi gedir, dəyən zərərlər qiymətləndirilir, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq".
F. Sadıqov bildirib ki, sahələrə dəyən zərər müstəqil ekspertlər tərəfindən iki mərhələdə qiymətləndirilir:
"Birinci mərhələ zərər baş verən anda qiymətləndirmədir. Yəni müstəqil aqrar sığorta eksperti sahəyə gedərək sığorta hadisəsini qeydə alır, dəyən zərəri ilkin olaraq təqribi qiymətləndirir. İkinci qiymətləndirmə prosesi isə biçindən üç-beş gün əvvəl aparılır, bu zaman fermerimizin gözlədiyi məhsuldarlıqla real olaraq əldə etdiyi məhsulların arasındakı fərq, yəni dəyən zərər dəqiqləşdirilir. Hazırda proses davam edir. Artıq ölkədə biçin mövsümü tamamlanmaq üzrədir və biz də bu qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonlarında zərər ödənişlərinin ödənilməsinə başlanılacaq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.