Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Mərkəzi Bankı bu il sığorta bazarında 20-30 % artım proqnozlaşdırır

Baxış: 316


Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.
"Sahibkartv.az" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Ziya Əliyev Bakıda keçirilən "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə təxminən 1 milyard manat sığorta haqqı toplanılıb.
"2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq", - deyə AMB rəsmisi əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.