Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Baxış: 223


Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 milyard 865 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Sahibkartv.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 %çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 3% artaraq 2 milyard 968 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,7 % artaraq 2 milyard 897 min manat olub.
"Ölkədə yaz-tarla işləri başa çatıb. İyulun 1-nə kimi 350 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 61,9 minhektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 29,1 min hektarı dən üçün qarğıdalı), 49,5 min hektar sahədə kartof, 61,2 min hektar sahədə tərəvəz, 17,2 min hektar sahədə bostan bitkiləri, 94,2 min hektar sahədə pambıq, 10,5 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 45,6 min hektar sahədə çoxillik otlar, 1,3 minhektar sahədə birillik otlar və 1,2 min hektar sahədə sair bitkilər əkilib.
Bu ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14 min ton yun, 356,6 ton barama istehsal edilib, ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 3,1 %, süd istehsalı 2,7 %, yumurta istehsalı 12 %, barama istehsalı 5,1 % artıb, yun istehsalı isə 2,8 % azalıb", - deyə məlumatda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.