Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Vergi Xidməti planı böyük artıqlaması ilə yerinə yetirir - NAZİR MƏLUMAT PAYLAŞDI

Baxış: 223


Dövlət Vergi Xidməti planı böyük artıqlaması ilə yerinə yetirir - NAZİR MƏLUMAT PAYLAŞDI 


İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir. 
Sahibkartv.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6% artaraq 9 milyard 181,4 milyon təşkil edib.
Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 5 milyard 199,4 milyon manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.