Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gömrükün xətti ilə büdcə daxilolmaları 3 milyard manatı aşıb

Baxış: 171



Gömrükün xətti ilə büdcə daxilolmaları 3 milyard manatı aşıb 


Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 75 milyon 366 min manat təşkil edib.
DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.
Bu ilin 6 ayında gömrük rüsumları üzrə daxilolmalar 20,4 % artaraq 768 milyon 744 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,3 % artaraq 2 milyard 186 milyon 168 min manat, aksizlər üzrə daxilolmalar 39,3 % azalaraq 97 milyon 362 min manat, yol vergisi üzrə daxilolmalar isə 19,5 % azalaraq 23 milyon 92 min manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.