Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Asiya ölkəsi neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neft alacaq

Baxış: 248


Asiya ölkəsi neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neft alacaq

Tacikistanın "Dəngərə" (Дангара) neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neft tədarük olunacaq.
Sahibkartv.az xəbər verir ki, bu barədə Bakıda keçirilmiş Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında razılaşma təmin olunub.

Komissiyanın iclasında tərəflər iki ölkə prezidentlərinin tapşırıqlarını yerinə yetirmək məqsədilə ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi sahəsində konkret layihələrin həyata keçirilməsi, o cümlədən Tacikistan Respublikasının azad iqtisadi zonalarının ərazisində birgə sənaye müəssisələrinin yaradılması, "Dəngər" neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neftin tədarükü, "Tacikistan Alüminium Şirkəti" ASC-nin yenidən qurulması üçün kapitalın cəlb edilməsi, Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium flüorid ixracı, Azərbaycandan Tacikistana alüminium oksidinin idxalı, kənd təsərrüfatı məhsullarının emalı, dəmir yolu ilə daşımalarda güzəştlərin verilməsi, turizmin inkişafı, Tacikistanın yataqlarının kəşfiyyatında iştirakı məsələlərini razılaşdırıblar və Protokol imzalanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.