“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Visa” rəqəmsal ödənişlər strategiyasını həyata keçirir. İlkin nəticələr hansılardır?
- Biz “Visa” komandasının Azərbaycan Mərkəzi Bankı ilə qurduğu əməkdaşlıq səviyyəsindən çox məmnunuq. Vurğulamaq istəyirəm ki, AMB-də bazarı dərindən dərk edən və texnologiyaları bilən peşəkarlar, ekspertlər komandası çalışır. Onlar rəqəmsal ödənişlərin və nağdsız iqtisadiyyatın keyfiyyətcə və sürətlə inkişaf etməsinə imkan verən düzgün tənzimlənmə şəklində təməl qururlar.
AMB və “Visa”nın əsas məqsədlərindən biri digər məsələlərlə yanaşı, ölkədə nağdsız iqtisadiyyatın inkişafı və rəqəmsal ödənişlərə keçiddir. Belə bir yanaşmanın böyük üstünlükləri var. Məsələn, ödənişlərin yüksək şəffaflığı, büdcənin doldurulması, sosial ödənişlərin səviyyəsinin artırılması imkanları və s.
Ona görə də biz Mərkəzi Bankla çox fəal əməkdaşlıq edirik və 2021-2023-cü illər üzrə nağdsız iqtisadiyyat üçün rəqəmsal ödənişlər strategiyası artıq işləyir.
Artıq qeyd etmək olar ki, Azərbaycanda əldə edə bildiyimiz əsas nəticələrdən biri mobil cihazlarla ödəniş imkanının olmasıdır. Belə ödənişlər 2019-cu ildə tətbiq edilən “Visa Token Service” tokenizasiya texnologiyasına əsaslanır.
Bu yenilik Mərkəzi Bankın innovasiyaların yaranması üçün lazımi tənzimləmə şəraiti yaradan nəhəng işinin nəticəsi idi.
Tokenizasiya banklara öz rəqəmsal pul kisələrini yaratmağa və rəqəmsal kartlar emisiya etməyə imkan verib. Bu texnologiyanın yaratdığı təməl “ApplePay” və “GooglePay”ə Azərbaycan bazarına öz xidmətlərini göstərməyə başlamağa şərait yaradıb. İndi ölkənin istənilən vətəndaşı öz “Visa” kartını götürüb, onu bu ödəniş xidmətləri ilə əlaqələndirə və smartfonlar, smart saatlar və ya məsələn, ödəniş üzüklərdən istifadə etməklə ödəniş edə bilər ki, bu da çox rahatdır.
Smartfonla ödəniş etməyə başlayan insanın plastik karta qayıtması artıq çətindir. Çünki telefon demək olar ki, həmişə bizimlədir. Bundan əlavə, müasir smartfonlarda PİN kodu daxil etməyə belə ehtiyac yoxdur - cihaz biometrik məlumatlardan istifadə edərək, məsələn, Face ID və ya Touch ID vasitəsilə identifikasiyanı həyata keçirir.
Bu, tokenləşdirilmiş ödənişlərin tətbiqinin çox vacib və böyük bir nəticəsidir. Onların Azərbaycanda bazara daxil olma sürəti digər ölkələrdəki sürəti xeyli üstələyir. Azərbaycan vətəndaşları yeni texnologiyalardan istifadə etməyə daha çox həvəslidirlər və belə misallar çoxdur.
- AMB ilə “Visa” arasında həyata keçirilən birgə layihələri genişləndirmək mümkündürmü? Onların müddətinin neçə il uzadılması planlaşdırılır?
- AMB-dən olan həmkarlarımızın Azərbaycanın nağdsız iqtisadiyyatının gələcək inkişaf mərhələləri ilə bağlı öz planları var və “Visa” da, öz növbəsində bütün strateji istiqamətlərin həyata keçirilməsində həmişə tənzimləyicinin etibarlı tərəfdaşı olacaq. Biz ölkəyə ən son yenilikləri, həlləri və texnologiyaları gətirməyə davam edəcəyik.
Ümumiyyətlə, işlər plana uyğun aparılır, lakin bəzən planlarımıza daxil olmayan bir texnologiya ortaya çıxa bilər ki, onun həyata keçirilməsi daha məqsədəuyğundur. Bu halda biz planlarımıza müəyyən dəyişiklik edir və həmin yeniliyi reallaşdırırıq.
- Azərbaycanda hökumət nəqliyyat sistemində gedişhaqqının tamamilə nağdsız olması üçün addımlar atır. “Visa” bu istiqamətdə hansı təklifləri ola bilər?
- Bu, çox vacib məsələdir, çünki “ağıllı şəhər”lərin müasir inkişafında nəqliyyat əsas struktur hesab olunur.
Nəqliyyat sistemlərinin inkişafı insanlar üçün nə deməkdir? Bizim üçün bu o deməkdir ki, bir şəxs bank kartı, smartfon, smart saat və ya ödəniş üzükləri ilə istənilən nəqliyyat növündə öz səfərlərini tez, rahat və təhlükəsiz şəkildə ödəyə bilər. Eyni zamanda, o, ayrıca bir nəqliyyat kartı almağa, onu doldurmağa və özü ilə aparmağa, eləcə də bələdçiyə gediş üçün nağd ödəniş etməyə ehtiyac duyulmur. Ödənişin rahatlığı məsələsi xüsusilə alış-veriş üçün kassa axtarmadan və ya hansı tarif və zonanı seçmək üçün narahat olmadan asan ödəniş üsulu ilə təmin edilməsi Bakının qonaqları üçün aktualdır.
“Visa” şirkəti bu sahədə böyük təcrübə toplayıb. Bəlkə də çoxları bu barədə artıq eşidib. London, Toronto və yeri gəlmişkən, nəqliyyatda təmassız ödənişlərin də fəal şəkildə tətbiq olunduğu Kiyev nəqliyyat sistemlərinin inkişafı üzrə dünya rekordçularıdır. Biz bu təcrübədən, şübhəsiz ki, Azərbaycanda da istifadə edirik.
Məsələn, Azərbaycanın Bakı-Sumqayıt dairəvi dəmir yolu xəttində təmassız ödənişlərə başlanılıb. İndi biz müvafiq strukturlarla bu sistemin mümkün qədər geniş şəkildə tətbiqi imkanlarını müzakirə edirik.
Azərbaycan innovasiyaların tətbiqinə açıqdır. Məsələn, ötən il “Visa” Gürcüstan, Ukrayna, MDB və Cənub-Şərqi Avropanın daxil olduğu 17 ölkənin ölkə və regionda ilk dəfə “Mobility & Tranzit Transaction” (MTT) texnologiyasını istifadəyə verib. O, 24 saat ərzində ictimai nəqliyyatda həyata keçirilən ödənişi bir əməliyyatda birləşdirməyə imkan verir ki, bu da günün sonunda vahid ödənişlə silinir. İndi Bakı Dairəvi Marşrutunun bütün 14 stansiyasında təmassız ödənişlərin qəbulu üçün turniketlər quraşdırılıb.
MTT texnologiyası nəqliyyat infrastrukturunun bütün elementlərini bir yerdə birləşdirməyə imkan verir. Məsələn, səhər evdən çıxıb metroya, avtobusa minib, sonra elektrik qatarı ilə Sumqayıta gedib, günün sonunda geri qayıda bilərsən. Nəqliyyat zəncirinin bütün dövrü üçün axşam bütün səfərləriniz üzrə ödəniş məbləği sizdən tutulacaq. Bundan əlavə, bu texnologiya nəqliyyat operatorlarına biletlər üçün çevik qiymət tətbiq etməyə və istənilən növ endirimlər, o cümlədən transfer dərəcələri tətbiq etməyə imkan verir.
Bu, nəqliyyat sistemləri daxilində pul vəsaitlərinin hərəkətini əhəmiyyətli dərəcədə optimallaşdırmağa, dələduzluq cəhdləri, ödənişdən yayınma və s. hallarından qurtulmağa imkan verən çox maraqlı sistemdir. İndi biz maraqlı strukturlarla bu yanaşmanın Azərbaycanda tətbiqinin mümkünlüyü ilə bağlı dialoq aparırıq. Məsələ bu infrastrukturun müxtəlif elementlərindən asılıdır, lakin biz bunun üzərində fəal işləyirik.
- Son vaxtlar kibercinayətkarlar tərəfindən bank kartları ilə dələduzluq halları daha çox müşahidə olunur. Onlarla mübarizə necə gedir?
- Real dünyada ödəniş etmək üçün kartdan və ya telefondan istifadə etdikdə, fırıldaqçılıq, əslində, demək olar ki, mümkün deyil. Sistem elə qurulub ki, onu sındırmaq mümkün deyil. Tokenləşdirmə sistemi də fırıldaqçılardan maksimum qorunma səviyyəsi ilə işləyir.
Eyni zamanda başa düşürük ki, çoxlu sayda biznesin və ödənişlərin onlayn mühitə keçməsi ilə fırıldaqçıların imkanları da artır. “Visa” buna böyük diqqət ayırır. Bizim üçün kibertəhlükəsizlik məsələləri təməl daşıdır. Bütün strategiyamız onun ətrafında qurulub.
Son beş il ərzində “Visa” fırıldaqçılığın monitorinqi və ona qarşı mübarizə sistemlərinə, o cümlədən süni intellekt texnologiyalarına əsaslanan sistemlərə 9 milyard ABŞ dolları sərmayə qoyub.
Bunlar bizə “VisaNet”i haker cəhdlərindən qorumağa imkan verən şirkət daxilindəki sistemlərdir və biz bunu çox uğurla həyata keçiririk. Biz həm də tərəfdaşlarımıza fırıldaqçılıq əleyhinə əməliyyat həlləri təqdim edirik.
Əgər 10 il əvvəl məndən soruşsaydınız ki, “Visa” Azərbaycanda kiminlə işləyir, təbii ki, cavab “banklarla” olardı. Bu gün biz görürük ki, bazar sürətlə dəyişir - indi biz ölkənin demək olar ki, bütün maliyyə sektorunun nümayəndələri, o cümlədən “fintech” və dövlət sektoru ilə işləyirik.
- Kommersiya banklarının bağlanması “Visa”nın ölkəmizdəki fəaliyyətinə necə təsir edir?
- Biz bazardakı vəziyyəti izləyirik, lakin bu məsələlər AMB-nin səlahiyyətindədir. Digər ölkələr kimi Azərbaycanın da qaydaları müəyyən edən öz nizamnaməsi var. Beləliklə, bu, işlədiyimiz bazarın reallığıdır. Bankların sistemə qəbulu və sistemdən çıxarılması üçün standart prosedurumuz var. Ona görə də işimizə çox təsir etdiyini deyə bilmərəm.
Əlbəttə ki, biz “Visa” tərəfdaşlarının sayının artmasını istəyirik və yeni yaranan bankların da sistemimizin üzvü olması üçün bütün tədbirləri görürük.
- Rəqəmsal əsrdə virtual kartların istifadəsini artırmaq əvəzinə bəzi banklar onları ləğv edib. Səbəb nədir? Yaxın gələcəkdə fiziki kartlardan tamamilə imtina etmək mümkündürmü?
- Əvvəllər, texnologiyalar hələ o qədər inkişaf etmədiyi vaxtlarda virtual kartlar var idi. O zaman bu kartlar onlardan yalnız onlayn əməliyyatlar zamanı istifadə etmək istəyən müştərilər üçün yaxşı həll yolu idi. Bu halda, fiziki kart mövcud deyildi. Bank sadəcə bir kart nömrəsi hesabı verirdi, ondan istifadə edərək İnternetdə əməliyyatlar aparmaq mümkün idi.
Bu gün vəziyyət fərqlidir. Bankların əksəriyyətində internet də daxil olmaqla alışlarınızı idarə etməyə, habelə limitlər təyin etməyə və digər əməliyyatları həyata keçirməyə imkan verən rahat mobil tətbiqlər var. Yəni insan əsas kartdan həm rəqəmsal formada, həm də plastik formada onlayn alış-veriş üçün istifadə edə bilər.
Plastik kartlar məsələsinə qayıdaq - əslində ondan tamamilə imtina etmək mümkündür. Lakin bəzi insanlar hələ xeyli vaxt fiziki kartlardan istifadə edəcəklər, çünki onlarla ödəniş etməyə alışıblar.
Amma yəqin ki, zaman keçdikcə plastikdən istifadəni dayandıracağıq, çünki ödəniş üçün smartfon və digər cihazlardan istifadə etmək daha rahatdır. Yenə də deyirəm ki, ən azı bir dəfə smartfonla ödəməyə cəhd etmiş insanların fiziki karta qayıtmaq ehtimalı azdır.
- Maliyyə sektorunda süni intellektin istifadəsi haqqında nə deyə bilərsiniz?
- Süni intellekt toplanmış məlumat kütləsinin emalı üçün böyük potensiala malikdir. Mən artıq “Visa”nın kibertəhlükəsizliyə və xüsusilə süni intellektə investisiyasını qeyd etmişəm. Şəbəkəmiz artıq saxta əməliyyatların qarşısını almaq üçün süni intellektdən istifadə edir.
Məsələn, siz ömrünüz boyu Azərbaycanda bank kartınızla ödəniş edirsiniz və xaricdə heç vaxt onunla ödəniş etməmisiniz. Bir gün sistem sizin alış-veriş üçün başqa ölkədə ödəniş etdiyinizi görsə, şübhəli əməliyyat barədə avtomatik olaraq banka məlumat verəcək. Bank sizinlə əlaqə saxlayacaq və həqiətən də alış-veriş etdiyiniz məlum olarsa, bunu təsdiq edəcəklər. Əks halda pulunuzun təhlükəsizliyini təmin etmək üçün addımlar atacaqlar.
Bu texnologiyaların necə təkamül edəcəyi və həyatımıza necə təsir edəcəyini zaman göstərəcək.
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
Niyam Salami dələduzluqda ittiham olunur
11:54 / 17-01-2025
“Visa”nın vitse-prezidenti: "Azərbaycanda nəqliyyatda endirim və transfer dərəcələrin tətbiqi üçün texnologiya təklif edirik"
Bölməyə aid digər xəbərlər
Tarix: 8-07-2023, 09:19 Oxunub: 227
Bölməyə aid digər xəbərlər
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO