Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BƏƏ 2030-cu ilə qədər bərpaolunan enerji istehsalı müəssisələrinin gücünü 14,2 GVt-a çatdırmağı planlaşdırır

Baxış: 186


BƏƏ 2030-cu ilə qədər bərpaolunan enerji istehsalı müəssisələrinin gücünü 14,2 GVt-a çatdırmağı planlaşdırır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinə əsaslanan istehsal müəssisələrinin gücünü 14,2 GVt-a çatdırmağı planlaşdırır.
Sahibkartv.az xəbər verir ki, bunu çərşənbə axşamı BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl Cabi deyib. 

"Son on ildə BƏƏ bərpa olunan enerji mənbələrinin gücünü dünyanın istənilən ölkəsindən daha çox artırıb. Biz 2030-cu ilə qədər bu rəqəmi 3 dəfədən çox artıraraq  14,2 GVt-a çatdırmaq niyyətindəyik", Əl-Cabir bildirib.
Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheil əl-Mazrui bildirmişdi ki, 2030-cu ilə qədər ölkənin enerji balansında bərpaolunan enerjinin payı 32% olmalıdır. 
BƏƏ-nin əvvəlki enerji strategiyası 2017-ci ildə qəbul edilib. Strategiya, 2050-ci ilə qədər ölkənin enerji kompleksində bərpaolunan enerjinin payının 25%-dən 50%-ə qədər artırılmasını nəzərdə tutur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.