Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

Baxış: 227


Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir
Özbəkistan aqrar sektorun subsidiyalaşdırılması və kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində Azərbaycanın təcrübəsinin tətbiqi imkanlarını nəzərdən keçirir.
“Sahibkartv.az” xəbər verir ki, bunu Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov sosial şəbəkədəki səhifəsində Romada keçirilən Ümumdünya Ərzaq Təşkilatının (FAO) 43-cü iclasında iştirakından danışarkən yazıb.
“Roma səfəri çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüş daxil olmaqla, ikitərəfli görüşlər başlayıb. Azərbaycanın aqro-subsidiyalar və kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində unikal nailiyyətləri var. Biz bunu öyrənə və bu təcrübəni Özbəkistanda tətbiq edə bilərik”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə iki ölkə arasında pambıqçılıq, ipəkçilik və baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.