Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yaponiyanın baş naziri 2022-ci ildə 267 min dollar qazanıb

Baxış: 251


Yaponiyanın baş naziri 2022-ci ildə 267 min dollar qazanıb

Yaponiyanın baş naziri və hakim Liberal Demokrat Partiyasının rəhbəri Fumio Kişida 2022-ci ildə ümumilikdə 38,6 milyon yen (267,2 min dollardan çox) qazanıb.
Sahibkartv.az xəbər verir ki, bazar ertəsi deputatlarının qazancı ilə bağlı açıqlanan məlumatlara görə, o, gəlirləri baxımından parlamentdə təmsil olunan bütün digər partiyaların liderlərini üstələyib.

Bu göstərici üzrə ikinci yerdə kommunistlərin lideri Kazuo Şii olub. O, 2022-ci ildə 20,5 milyon yen (təxminən 142 min dollar) qazanıb. Bu məbləğin əhəmiyyətli hissəsi keçən il yapon kommunistlərinin proqramı ilə bağlı dərc edilmiş materiallara görə ödəniş olub.
Kişidadan fərqli olaraq parlamentdə təmsil olunan bütün digər siyasi partiyaların liderlərinin gəlirləri onun deputatlarının orta qazancından aşağı olub (təxminən 21,6 milyon yen (149,1 min dollar))
Hakim LDP-nin nümayəndələri artıq altıncı ildir ki, parlamentdə qazanclarına görə lider olaraq qalırlar. 2022-ci ildə onların orta gəliri 22,8 milyon yendən (təxminən 158 min dollar) çox olub. Ən çox qazanan 10 deputat siyahısında Liberal Demokratlar yeddi yeri tutur.
Kişidanın gəliri onun baş nazir vəzifəsində aldığı maaşdan və parlament üzvünə ödəniləcək ödənişlərdən, həmçinin nəşrlərə görə qonorardan, ödənişli çıxışlardan əldə olunan qazancdan və s. ibarətdir.
Yaponiya hökumətinin başçısı 2022-ci ildə əvvəlki ilə nisbətən 10,3 milyon yen (71 min dollar) çox qazanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.