Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa fondları 2023-cü ildə təxminən 27 milyard dollar itirib

Baxış: 328


Avropa fondları 2023-cü ildə təxminən 27 milyard dollar itirib
Avropa fondları 2023-cü ildə təxminən 27 milyard dollar itirib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.
Agentlik "Bank of America"nın məlumatlarına istinadla bildirir ki, buna səbəb investorların planlarını ABŞ fondlarının xeyrinə yenidən nəzərdən keçirmələridir.
Qeyd olunur ki, sabit investisiya axını ardıcıl 16-cı həftə ərzində müşahidə edilib. Belə ki, Avropa iyun ayında investisiya axını ilə qarşılaşan yeganə bölgə olub. Təkcə son yeddi gündə Avropa fondlarından 4,6 milyard dollar vəsait çıxarılıb.
İqtisadçılar bunu investorların ABŞ fondlarına üstünlük verməsi ilə izah edirlər. Səbəb isə qlobal iqtisadi artımın azalması qorxusu fonunda ABŞ iqtisadiyyatının onlara daha güclü görünməsidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.