Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Neft və qaz qiymətləri ilin sonuna doğru arta bilər"

Baxış: 259



"Neft və qaz qiymətləri ilin sonuna doğru arta bilər" 


"S&P Global Ratings"də Direktor Aleks Qriaznov bildirib ki, neft və qaz qiymətləri ilin sonuna doğru arta bilər.
Sahibkartv.az xəbər verir ki, Qriaznov Brent markalı neftin qiymətinin orta hesabla 80-90 dollara yüksələ biləcəyini deyib.
Bazarların qlobal tənəzzül ehtimalını həddindən artıq qiymətləndirdiyini qeyd edən Qriaznov, "Bazarlardakı ən böyük problem, inkişaf etməkdə olan ölkələrdən gələn tələbi görə bilməyəcəyimizdir, onları izləyəcəyik" deyib.
Kömürdə də neftə bənzər mənzərə müşahidə etdiklərini deyən Qriaznov, bəzi bölgələrdə kömür tədarükündə qıtlığın ola biləcəyini və bu vəziyyətin kömür qiymətlərini artıra biləcəyini qeyd edib.
Həmçinin, Qriaznov qarşıdakı dövrdə bəzi metallar üzrə 10-20 faiz artım ola biləcəyini söyləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.