Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Neft Fondu 2022-ci il üzrə maliyyə göstəricilərini açıqladı

Baxış: 271


Dövlət Neft Fondu 2022-ci il üzrə maliyyə göstəricilərini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.
Bu barədə ARDNF-in yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ARDNF-nin 2022-ci il üzrə illik hesabatında Fondun idarəetmə və şəffaflıq prinsipləri, insan kapitalına töhfəsi, ARDNF-nin ölkə iqtisadiyyatındakı rolu, 2022-ci il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi, Fondun beynəlxalq əməkdaşlıqları barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-nin konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.
Hesabatla aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
ARDNF-nin 2022-ci il üzrə illik hesabatı: https://oilfund.az/report-and-statistics/get-download-file/7_2022_tam.pdf

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.