Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlk 5 ayda Türkiyəyə 14 milyondan çox turist gəlib

Baxış: 129



İlk 5 ayda Türkiyəyə 14 milyondan çox turist gəlib 


Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, may ayında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 16,19% artaraq 4,5 milyona çatıb.May ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında 640 min 844 nəfərlə Rusiya birinci olub. Ölkədən Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilə nisbətən 14,24 faiz artıb.
Rusiyanın ardınca 617 min 617 ilə Almaniya, 452 min 724 ilə İngiltərə gəlir. Növbəti yerləri Bolqarıstan və İran tutur.
Yanvar-may dövrünə nəzər saldıqda Türkiyəyə 14 milyondan çox turist gəlib. Bu dövrdə xarici turistələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65% artıb.
Yanvar-may dövründə də ən çox turist Rusiyadan gəlib. Bu müddət ərzində Türkiyəyə Rusiyadan 1,8 milyon turist gəlib. Həmçinin Türkiyəyə Almaniyadan 1,58 milyon,  Bolqarıstandan 1,06 milyon nəfər gəlib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.