Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb

Baxış: 199
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 736 milyon 871 min ABŞ dolları dəyərində 1 milyon 132 min 706 ton yük daşınıb.
“Sahibkartv.az” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 93,9 % və 4 dəfə çoxdur.
O cümlədən, 5 ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 66 milyon 51 min ABŞ dolları dəyərində 30 min 484 ton yük ixrac olunub, 670 milyon 820 min ABŞ dolları dəyərində 1 milyon 102 min 221 ton yük idxal olunub. Son 1 ildə ixrac olunan yükün dəyəri 3 dəfə, həcmi 23 %, idxal olunan yükün isə dəyəri 87,1 %, həcmi 4,2 dəfə artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.