Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfədən çox artırıb

Baxış: 256


Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox - 61,2 milyon manat vəsait köçürüb.
“Sahibkartv.az” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 5 aylıq ödənişin 47,2 milyon manatı (2,7 dəfə çox) özəlləşdirmə, 14 milyon manatı (35,9 % çox) isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 24 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 135 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 28 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Ötən 5 ayda 1 481 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 313-ü qeyri-yaşayış, 1 168-i isə torpaq sahələrinə aid olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.