Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMB və IMF əməkdaşlığın cari vəziyyətini və gələcək istiqamətlərini müzakirə edib

Baxış: 174
Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) əməkdaşlığın cari vəziyyətini və gələcək istiqamətlərini müzakirə edib.
"Sahibkartv.az" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviterdə bildirib.
"Bu gün ölkəmizdə səfərdə olan IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi apardıq. Görüşdə həmçinin IMF-in Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər, Azərbaycanın gələcək inkişafı üçün IMF-in dəstək proqramları ətafında müzakirələr apardıq", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.