Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASK-nın şirkəti nizamnamə kapitalını daha 1 milyon manat azaldır

Baxış: 262


"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Tütün" MMC nizamnamə kapitalını daha 1 milyon manat və yaxud 37,8 % azaldaraq 2 648 675 manatdan 1 648 675 manata endirdiyini elan edib.
"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
"ASK Tütün" bu ilin mart ayında nizamnamə kapitalını 1,5 milyon manat və yaxud 36,2 % azaldaraq 4 148 675 manatdan 2 648 675 manata endirmişdi.
Xatırladaq ki, "ASK Tütün" Korporasiyaya məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi" MMC-nin yenidən təşkil olunması ilə 2021-ci ildə yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.