Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Orta Dəhlizlə bağlı dövlət-özəl tərəfdaşlığını genişləndimək istəyir

Baxış: 179


Azərbaycan hökuməti Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı kontekstində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini planlaşdırır.

"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı ölkəyə qlobal investorların marağı müşahidə edilir.
"Rusiya-Ukrayna müharibəsi ilə bağlı baş verən dünya iqtisadiyyatında baş verənlər - investisiya, nəqliyyat, tranzit sahəsindəki dəyişikliklər dünya iqtisadiyyatında oturuşmuş xəritənin dəyişməsinə səbəb olub. Bu kontekstdə Azərbaycan və region iqtisadi fürsətlər mənbəyi olan yeni imkanla üzləşib. Bu imkanın reallaşdırılması üçün hökumət böyük işlər həyata keçirir. Orta Dəhliz yeni ixrac bazarlarına çıxış, bizim üçün qeyri-neft məhsullarının ixrac bazarlarının diversifikasiyası deməkdir", - deyə nazirlik rəsmisi qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.