Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşü keçirilib

Baxış: 134


Bakıda Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü keçirilib.
"Sahibkartv.az" bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Komissiyanın Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.