Day, Month 00, Year
00: 00: 00 AM
"Azərikimya": "Zavoddakı yanğında xəsarət almış mexanik iş fəaliyyətini davam etdirir" - YENİLƏNİB

SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın zamanı xəsarət almış mexanikin səhhətində problem yoxdur, iş fəaliyyətini davam etdirir.
Bu barədə “Sahibkartv.az”a "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.
Bildirilib ki, iyunun 13-də "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində 600 kubmetrlik E3-1 hidrotəmizlənmənin ilkin emal benzini qurğusunun qoruyucu klapanının dəyişdirilməsi zamanı havayla təmas nəticəsində yanğın baş verib. Alovlanma xammal çənlərinə qalmış qalıq xammalında olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam olaraq söndürülüb.
Vurğulanıb ki, yanğın zamanı ərazidə çalışan və yüngül xəsarət alan mexanikə yerində ilkin tibbi yardım göstərilib, səhhətində hər hansı problem yoxdur, iş fəaliyyətini davam etdirir. "Azərikimya" İB-nin texnoloji istehsal prosesi̇ normal rejimdə çalışır.
14:16Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
Bu barədə “Report”a "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.
Bildirilir ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
"Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

Tarix: 14-06-2023, 08:00 Oxunub: 177


Bölməyə aid digər xəbərlər