Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Samir Şərifov: “Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək”

Baxış: 203


Samir Şərifov: “Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək”Samir Şərifov
Qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək.
"Sahibkartv.az" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
"Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ildə nazirliyin tabeliyində olan 962 məktəbin əsaslı təmir və yenidənnqurulmasına ehtiyac var. Ötən il dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılıb və 57 məktəb tikilib, əsaslı təmir olunub", - deyə nazir əlavə edib.
S.Şərifov bildirib ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub: "Bu il əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəblərin sayı 832-ə enib”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.