Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olub - 105 TON

Baxış: 208



Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olub - 105 TON 


Qərbi Afrika ölkəsi Qana keçən il qızıl hasilatında 32 faiz artıma nail olub və yenidən qitənin ən böyük qızıl istehsalçısına çevrilib.
Sahibkartv.az xəbər verir ki, Qana Mədən Palatasının sədri Joshua Mortoti verdiyi açıqlamada, 2022-ci ildə həm böyük, həm də kiçik və orta  şirkətlər tərəfindən qızıl istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib.
Mortoti qeyd edib ki, ölkədə qızıl hasilatı bir il əvvəl 2,8 milyon unsiyadan keçən il 3,7 milyon unsiyaya (105 ton) yüksəlib.
Bu artımın daha çox iri şirkətlər tərəfindən təmin edildiyini qeyd edən Mortoti, keçən il qızıl istehsalındakı 32% artım sayəsində Qananın yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olduğunu söyləyib.
Tarixdə “Qızıl Körfəz” adlandırılan Qana, Cənubi Afrika Respublikası ilə birlikdə qitənin ən böyük qızıl istehsalçıları sırasındadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.